XƏBƏRLƏR / Təbiət

Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək

Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb

Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

    2024-cü ilin 2-ci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

    Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.