XƏBƏRLƏR / Təbiət

Mingəçevir su anbarında zəlzələ olub YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosu xəbər verir

Mingəçevir su anbarında zəlzələ olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 26-da Azərbaycanda zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, zəlzələ Gəncə stansiyasından 41 km şimal-şərqdə, Mingəçevir su anbarında qeydə alınıb.

    Yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

    Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

    ***

    09:49

    Zəlzələlərin tədqiqatı bürosuna əsasən, Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ qeydə alınmışdır.

    Zəlzələ hiss olunmayıb.