XƏBƏRLƏR / Təbiət

Yer kürəsində maqnit qasırğası başlayıb

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib

Yer kürəsində maqnit qasırğası başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası yanvarın 2-də Yer kürəsində başlayıb.

    Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    Hazırda Yerın maqnit sahəsinin pozulma səviyyəsi beşballıq şkala üzrə G1 göstəricisindədir.

    Həmin şkalada G5 “son dərəcə güclü”, G1 isə “zəif” maqnit qasırğası kimi qiymətləndirilir.