XƏBƏRLƏR / Təbiət

Muğlada başlayan meşə yanğını Antalyaya keçib

Yanğının nəzarətə alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir

Muğlada başlayan meşə yanğını Antalyaya keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda meşəlik ərazidə başlayan yanğın güclü küləyin təsirindən Antalyanın Kaş rayonunda meşəlik ərzaiyə yayılıb.

    "TRT Haber"ə görə, yanğının nəzarətə alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir.

    Bildirilib ki, yanğının söndürülməsinə 4 təyyarə, 15 helikopter, 72 yanğınsöndürən maşın, 6 texnika və 450 əməkdaş cəlb olunub.