Yaponiyada zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Yaponiya arxipelaqının Ryuku adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 125 min nəfər əhalisi olan Okinavadan 62 km şərqdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.