Türkiyənin Düzce vilayətində zəlzələ qeydə alınıb. Vilayətin Merkez rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.