XƏBƏRLƏR / Təbiət

Qubanın kəndlərini sel basdı FOTO

Güclü yağıntılar nəticəsində kəndlərin daxili yolları və kəndləri birləşdirən körpülərə ziyan dəyib

Qubanın kəndlərini sel basdı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba rayonunun ucqar dağ kəndləri olan Qarxun, Dərk, Xaltan kəndlərinə güclü yağış yağıb.

    Güclü yağıntılar nəticəsində kəndlərin daxili yolları və kəndləri birləşdirən körpülərə ziyan dəyib. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb. 

    Qeyd edək ki, Şamaxı Doppler radarının 13 iyun saat  12.20 məlumatına əsasən yaxın saatlarda Quba-Qusar bölgəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən,  Xızı) bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə   leysan xarakterli  olacağı, şimşək çaxacağı, dolu düşəcəyi  ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Qusarçay, Qaraçay, Qudiyalçay, Vəlvələçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.