XƏBƏRLƏR / Təbiət

Azərbaycanda sürüşmə və çökmə prosesləri qeydə alınıb FOTO

Bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib

Azərbaycanda sürüşmə və çökmə prosesləri qeydə alınıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

    Bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.

    O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.

    Agentlik sədri vurğulayıb ki, hazırda qurumun əməkdaşları həmin ərazilərdə araşdırma və monitorinqləri davam etdirir.