XƏBƏRLƏR / Təbiət

Türkiyənin Amasya vilayətində iki zəlzələ olub

AFAD xəbər verir

Türkiyənin Amasya vilayətində iki zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 12-də Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.

    Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarəedilməsi Departamentinin (AFAD) məlumatında xəbər verilir ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

    Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub.

    Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.