XƏBƏRLƏR / Təbiət

İranda 5 bal gücündə zəlzələ baş verib

Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-nə istinadən xəbər verib

İranda 5 bal gücündə zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qonşu İran İslam Respublikasında 5 bal gücündə zəlzələ baş verib.

    Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-nə istinadən xəbər verib.

    Məlumata görə, zəlzələ Simnan əyalətinin Zamanabad şəhərində baş verib.

    Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.