XƏBƏRLƏR / Təbiət

Bəzi çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Bəzi çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimşək çaxacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

    Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.