XƏBƏRLƏR / Təbiət

Yaponiyada 500 min insanın təxliyəsi barədə əmr verildi

Bu barədə yapon xəbər agentlikləri məlumat yayıb

Yaponiyada 500 min insanın təxliyəsi barədə əmr verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bazar ertəsi Yaponiyanın cənub-qərbində yarım milyona yaxın insana ölkənin bu bölgəsində davam edən leysan yağışlarının yaratdığı daşqın və torpaq sürüşməsi səbəbindən təxliyə əmri verilib. 

    Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) azı 115 min nəfər təxliyə əmri alıb. Ərazidə daşqın və sürüşmə təhlükəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.

    İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.

    Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, sürüşmələrə və insan tələfatına səbəb olur.