XƏBƏRLƏR / Təbiət

Bəzi çaylarda sululuq artıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bəzi çaylarda sululuq artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

    Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.

    Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.