XƏBƏRLƏR / Təbiət

İzmirdə zəlzələ olub

Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib

İzmirdə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İzmir vilayətində, Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub.

    Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.

    Qeyd edilib ki, ilk təkanın ardınca 3,7 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.