Tacikistanda 4,2 bal gücündə zəlzələ olub
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Tacikistanda 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Murqab yaşayış məntəqəsindən 65 kilometr qərbdə olub. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.