XƏBƏRLƏR / Təbiət

Havay adalarında yanğında ölənlərin sayı 53 nəfərə çatıb

Bu barədə CNN telekanalı xəbər verib

Havay adalarında yanğında ölənlərin sayı 53 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Havay adalarında meşə yanğınları nəticəsində azı 53 nəfər ölüb.

    Bu barədə CNN telekanalı xəbər verib.

    Yanğınsöndürmə işləri davam etdirilir. Lahainada yanğın nəticəsində daha 17 nəfərin öldüyü təsdiqlənib.

    Bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.

    Ştat qubernatoru Coş Qrin telekanala bildirib ki, qurbanların sayı 60 nəfəri keçə bilər. O, 1960-cı ildə 61 nəfərin ölümünə səbəb olan sunamini xatırladıb.

    Güclü meşə yanğınları səbəbindən Maui adasından 14 mindən çox insan təxliyə edilib.

    Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 271 infrastruktur obyekti dağılıb və ya zədələnib. Onlarla insan yaralanıb.