İrəvanda zəlzələ hiss olunub
Ermənistan paytaxtı yaxınlığında 2,2 maqnitudalı zəlzələ qeydə alınıb
Ermənistan paytaxtı İrəvan yaxınlığında 2,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Ermənistan KİV xəbər verir ki, yeraltı təkanların episentri Ararat vilayətinin Masis şəhərindən 10 km cənub-şərqdə yerləşib.
Zəlzələ Masis şəhərində, eləcə də Dvin və Mxçyan kəndlərində 2–3 bal gücündə hiss olunub.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.
1 dəqiqədən az