XƏBƏRLƏR / Təbiət

İsmayıllıda daha bir zəlzələ olub

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

İsmayıllıda daha bir zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

    Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

    Qeyd edək ki, ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.