XƏBƏRLƏR / Təbiət

Bakıda ağ Amerika kəpənəyi ilə mübarizə başlayıb FOTO

Mütəxəssislər həşəratın yayılma ocaqlarında xüsusi preparatlarla müalicə aparırlar

Bakıda ağ Amerika kəpənəyi ilə mübarizə başlayıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son günlər paytaxtda ilk növbədə tut ağaclarına, həmçinin alma, ərik, gavalı, şaftalı və onlarla digər bitkilərə hücum edən tırtılların işğalı müşahidə olunur.

    Ekoloqlar müəyyən ediblər ki, bunlar Azərbaycan üçün yeni invaziv növ olan ağ Amerika kəpənəyinin tırtıllarıdır. Zərərverici yalnız yaşıl sahələr üçün təhlükəlidir, insan sağlamlığı üçün heç bir təhlükə yoxdur.

    Bakılı mütəxəssislər həşəratın yayılma ocaqlarını tamamilə məhv etmək üçün ərazilərdə gündəlik monitorinq və xüsusi preparatlarla müalicə aparırlar.