Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərədə yanğınla mübarizə

FHN xəbər verir VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir: "Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir. Əlavə məlumat veriləcək".