
Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ martın 8-də saat 09:26-da Spitak şəhərindən 6 kilometr şimal-şərqdə ərazi seysmik mühafizə xidməti tərəfindən qeydə alınıb.
Zəlzələnin episentri Ermənistanda, Gürcüstan sərhədindən 45 kilometr məsafədə, Tbilisi vaxtı ilə saat 09:26-da qeydə alınıb.
Güclü yeraltı təkanlar Gürcüstanda da hiss olunub.
Xatırladaq ki, 7 dekabr 1988-ci ildə Ermənistanın şimalındakı Spitak şəhərində 7 bal gücündə zəlzələ baş verib.