Azərbaycan şiddətli quraqlıq riskinə görə 18-ci yerdədir
Bunu "Azərkosmos"un nümayəndəsi Murad Camalov bəyan edib
Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nümayəndəsi Murad Camalov bildirib.
"İqlim modellərinə əsasən, 2020-2040-ci illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20 % azalacağı proqnozlaşdırılır", - deyə o, qeyd edib.