XƏBƏRLƏR / Təbiət

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

Zəlzələ Ermənistanda da hiss olunub

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gədəbəy stansiyasından 53 km cənubda Azərbaycan-Ermənistan sərhədində Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ hiss olunmayıb.

    Bildirilib ki, zəlzələ 3,9 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.

    ***

    Bu arada, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti xəbər verir ki,  Vardenis şəhərindən 26 km şimal-şərqdə 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

    Zəlzələnin episentrdə intensivliyi Rixter şkalası üzrə 5,0 bal olub.

    Zəlzələ Vardenis, Martuni şəhərlərində və Geqarkunik bölgəsinin Sotk, Tsovak, Vardenik, Karçaqbyur, Tsovinar və Kut kəndlərində hiss olunub; onun gücü 2-3 bal olub.