Türkiyənin Çorum vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi "X" səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Mecitözü rayonunda baş verən yeraltı təkan gecə saat 00:34-də (Bakı vaxtı ilə saat 01:34) Rixter şkalası üzrə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 16.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.