XƏBƏRLƏR / Təbiət

Naxçıvanda zəlzələ olub

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib

Naxçıvanda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yanvarın 18-də yerli vaxtla saat 14:08-də Naxçıvan stansiyasından 90 km cənubda Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

    Zəlzələ Naxçıvan MR-də hiss olunub.