Türkiyənin Elazığ vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb.
Vilayətin Arıcak rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.