XƏBƏRLƏR / Təbiət

Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götülüb

FHN xəbər verir

Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.