Mingəçevir su anbarı ərazisində zəlzələ qeydə alınıb
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib
Mingəçevir su anbarı ərazisində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Seysmik Kəşfiyyat Bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə, Mingəçevir su anbarı ərazisində qeydə alınıb.
Yeraltı təkanlar hiss olunmayıb.