XƏBƏRLƏR / Təbiət

Sabah Yer kürəsində maqnit qasırğası olacaq

Günəşdə güclü alışma qeydə alınıb

Sabah Yer kürəsində maqnit qasırğası olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (İPG) məlumatına görə, iyulun 21-nə keçən gecə Günəşdə daha bir güclü alışma qeydə alınıb.

    Qurumun açıqlamasında bildirilir ki, ötən gecə Günəş ləkələrinin 4493-cü qrupunda M3.4 sinifli alışma baş verib. Alışma 16 dəqiqə davam edib.

    Bundan əvvəl, iyulun 20-də də Günəşdə M2.5 və M1.1 sinifli daha iki güclü alışma qeydə alınmışdı.

    Mütəxəssislər bildiriblər ki, iyulun 22-də Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğalarının baş verməsi gözlənilir.

    Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Güc hər növbəti sinifdə 10 dəfə artır. Güclü alışmalar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər və bu plazma Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.