Yaponiyada zəlzələ oldu
Bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb
Yaponiyanın İşikava sahillərindəki Noto yarımadasında zəlzələ baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Zəlzələ 6.3 bal gücündə olub. Yerli vaxtla saat 14:42-də 10 kilometr dərinlikdə baş verən təkandan sonra bölgədə sunami xəbərdarlığı olmayıb.
Şiddətli silkələnmə bütün sahilyanı ərazilərdə, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.
Məlumata görə, zəlzələ Yaponiya dənizi (Şərq dənizi) sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub.