Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Mərkəzin açıqlamasında bildirilir ki, bu gün yerli vaxtla saat 08:47-də 3,1 bal gücündə zəlzələ baş verib.