XƏBƏRLƏR / Təbiət

Qarabağdakı yanğınlara 4 helikopter cəlb olunub VİDEO

YENİLƏNİR

Qarabağdakı yanğınlara 4 helikopter cəlb olunub VİDEO
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:57

    Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    VİDEO

    Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

    Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

    Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.

    ***

    12:47

    Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

    Səhər saatlarında başlayan yanğınlar geniş əraziyə yayılaraq meşəlik əraziyə keçib.

    Ərazinin çətin relyefli olması yanğına qurudan operativ müdaxilədə çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə zərurəti yaranıb.

    Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, helikopterlər də yanğını söndürmək üçün fəaliyyətlərini davam etdirirlər.

    ***

    12:13


    Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə başlayan yanğın davam edir.

    Yanğınsöndürmə tədbirlərinə FHN-nin yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

    ***

    11:12

    Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

    Səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

    Yanğın əsasən quru ot və kolluq ərazidədir.

    Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.

    Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.