XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələ oldu

Bu barədə AFAD məlumat yayıb

Türkiyədə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.

    Bu barədə AFAD-ın rəsmi "X" səhifəsində məlumat yayılıb.

    Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.

    Ocağı yerin 14.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.