Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı
Bu barədə Gürcüstanın Fövqəladə Hallar Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili bildirib
Gürcüstanın Şovi kurortunda baş vermiş torpaq sürüşməsi zamanı ölənlərin sayı 19-a çatıb.
Bu barədə Gürcüstanın Fövqəladə Hallar Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili bildirib.
“Təsdiq edirəm ki, çay yatağında qadın meyiti tapılıb, həmçinin insan cəsədinin ayrı-ayrı fraqmentləri də aşkar edilib”, - Mqebrişvili deyib.
Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Hadisə zamanı 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılarla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.