XƏBƏRLƏR / Təbiət

Kahramanmaraşda yenə zəlzələ oldu

Bu barədə AFAD məlumat yayıb

Kahramanmaraşda yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD)  məlumat yayıb.

    Bildirilib ki, Göksun bölgəsində baş verən zəlzələ 4,6 bal gücündə qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.

    Zəlzələ nəticəsində dağıntıların olub-olmaması barədə məlumat verilməyib.