XƏBƏRLƏR / Təbiət

Tacikistanda leysan 13 nəfərin həyatına son qoyub

Bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb

Tacikistanda leysan 13 nəfərin həyatına son qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.

    Bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

    “Dünən güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki bölgəsində 2 nəfər həlak olub”, - məlumatda deyilir.