Yeni Zelandiya yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadec arxipelaqı ərazisində 5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 110 min nəfər əhalisi olan Tauranqa şəhərindən 761 kilometr şimal-şərqdə, 19 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.