XƏBƏRLƏR / Təbiət

“Xanun” qasırğası yenidən Yaponiyaya doğru hərəkət edir

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb

“Xanun” qasırğası yenidən Yaponiyaya doğru hərəkət edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tropik “Xanun” qasırğası tədricən şimala doğru hərəkət etməklə Yaponiyanın cənub-qərbinə - Okinava adalar qrupuna qayıdır.

    Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

    Mərkəzində küləyin sürəti saniyədə 30 metrə çatan qasırğanın gələn həftə çərşənbə, yaxud cümə axşamı Kyusyu adasına çatacağı gözlənilir.

    Bir neçə gün əvvəl bu rayonda qasırğanın yol açdığı leysan yağış ciddi fəsadlara yol açıb, 2 nəfər ölüb, onlarla insan yaralanıb.

    Okinava administrasiyasının rəhbəri Denni Tamaki sakinləri leysan yağışlara və torpaq sürüşmələrinə hazır olmağa çağırıb: “Bu o deməkdir ki, masştabına görə heç vaxt qarşılaşmadığınız təhlükə ilə qarşılaşacaqsınız”.