XƏBƏRLƏR / Təbiət

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 12-yə çatıb

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 12-yə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində həlak olanlardan daha birinin meyiti taplıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Azı 25 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir.