XƏBƏRLƏR / Təbiət

Lökbatanda palçıq vulkanı püskürüb

Palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub

Lökbatanda palçıq vulkanı püskürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub.

    Püskürmə 6 dəqiqə 20 saniyə davam edib. Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

    Vulkan Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.