Tayvanda baş verən zəlzələdə ölən və yaralananlar olub
Sunami təhlükəsi elan edilib
08:04
Tayvan adasının şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 97 nəfər xəsarət alıb.
Bu barədə yerli media məlumat yayıb. Zəlzələ nəticəsində bir neçə binanın dağıldığı, ölən və xəsarət alanların da həmin binaların sakinləri olduğu bildirilir. Hazırda axtarış işləri aparılır. Ölü və yaralı sayının çoxalması ehtimalı var.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub. Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.
***
07:34
Tayvan adasında 7,3 bal gücündə zəlzələ olub.
Bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında qeydə alınıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Dənizdə dalğanın hündürlüyünün 3 metrə çatacağı proqnozlaşdırılıb. Əhaliyə sığınacaqlarda yerləşmə tövsiyə olunub.
Son məlumata görə, Tayvanın şərq sahillərində maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.