Türkiyənin şimalında çoxsaylı torpaq şürüşmələri
Zonquldak şəhərinin hava limanını su basıb
Türkiyənin şimalında, təqribən 1000 sürüşmə qeydə alınıb. Ötən gün yağan leysan nəticəsində ölkənin bir çox şəhərləri və magistral yolları su altında qalıb. Bundan əlavə, Zonquldak şəhərinin hava limanını su basıb, Bartın vilayətində isə yerli sakinlərin təxliyəsi üçün helikopterlərdən istifadə edilməli olub.