Türkiyədə yenə zəlzələ oldu VİDEO

Türkiyə mətbuatı xəbər verir ki, təkan ölkənin bir çox bölgəsində hiss edilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Bu gün yerli vaxtla saat 13:25 radələrində Türkiyədə yenidən şiddətli zəlzələ olub. Türkiyə mətbuatı xəbər verir ki, təkan ölkənin bir çox bölgəsində hiss edilib.

    Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Bu saata olan məlumata görə, 912 nəfər ölüb.