XƏBƏRLƏR / Təbiət

Şamaxı rayonunda zəlzələ olub

Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir

Şamaxı rayonunda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.

    Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.