Tornado bir neçə nəfərin ölümünə səbəb oldu
Bu barədə NBC telekanalı məlumat yayıb
ABŞ-ın Tennessi ştatında tornado nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə NBC telekanalının yerli bölməsi xilasetmə xidmətinin nümayəndəsinə istinadla məlumat yayıb.
Ölənlərin sayı dəqiqləşdirilməyib.
Məlumata görə, tornado həm də binaların uçmasına səbəb olub. Dağıntılar altında bir neçə nəfər qalıb, onların sayı hələ müəyyən edilməyib.