Xəzər dənizində zəlzələ baş verib
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib
İyunun 12-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 05:09-da qeydə alınan zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.