XƏBƏRLƏR / Təbiət

İranda zəlzələ olub

Məlumatı “Mehr” agentliyi yayıb

İranda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Buşəhr əyalətinin Daştestan şəhərinin Bazarjan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.

    Məlumatı “Mehr” agentliyi yayıb.

    Məlumata görə, yeraltı təkan 6 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Barazjandan 13 km, Vəhdətiyyədən 17, Saadabaddan 20 km məsafədə olub.

    İtki və dağıntı barədə məlumat yayılmayıb.