XƏBƏRLƏR / Təbiət

Yenidən zəlzələ gözlənilir

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində 5,6 ballıq zəlzələ qeydə alınıb

Yenidən zəlzələ gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bundan sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir.

    Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. "Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın", - deyə Q.Yetirmişli qeyd edib.

    Xatırladaq ki, bu gün səhər, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

    Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.