XƏBƏRLƏR / Təbiət

Gürcüstanda bu gün üçüncü dəfə zəlzələ oldu YENİLƏNİB

Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir

Gürcüstanda bu gün üçüncü dəfə zəlzələ oldu YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:10

    İyulun 22-də Zaqatala stansiyasından 57 kilometr cənub-qərbdə - Gürcüstan ərazisində daha bir zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, yerli vaxtla saat 16:12-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.

    Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

    ***

    14:09

    Gürcüstanın şərqində bir gündə ikinci zəlzələ baş verib.

    Bu barədə "Sputnik Georgia" məlumat yayıb.

    3.8 bal gücündə təkanlar Dedoplistskaro şəhəri yaxınlığında baş verib. Zəlzələnin ocağı 44 km dərinlikdə yerləşib.

    Qeyd edək ki, bir neçə saat əvvəl 4.9 bal gücündə ilk zəlzələ qeydə alınmış, Azərbaycan və Ermənistan ərazisində də hiss olunmuşdu.

    ***

    12:16

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.