Siciliya adasında Etna vulkanı püskürüb.
Bu barədə “La Sicilia” məlumat yayıb.
Mütəxəssislər müşahidə kameraları şəbəkəsindən gələn görüntüləri təhlil edərək vulkanın monitorinqini davam etdirirlər.
Qeyd olunur ki, bu püskürmə qonşu əyalətdəki hava limanının fəaliyyətinə təsir göstərmir.
Etna Avropanın ən aktiv vulkanıdır.
Avqustun 14-də Etna vulkanının püskürməsi ilə əlaqədar Kataniya hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.